Putin Təhlükəsizlik Şurasının iclasını çağırdı

Dünya

23.08.2024 17:00

Rusiyanın Federal Penitensiar Xidmətinin rəhbərliyi ölkə Prezidenti Vladimir Putinə Volqoqrad vilayətində həbsxanada məhkumların qiyamı ilə bağlı məlumat verib. 

TodayPress “TASS”a istinadən xəbər verir ki, Putin sözügedən ciddi rejimli cəzaçəkmə müəssisəsindəki hazırkı vəziyyət barədə məlumatlandırılıb. 

Rusiya lideri Təhlükəsizlik Şurasının iclasını keçirib.  

O, yaranmış vəziyyətlə əlaqədar Daxili İşlər Nazirliyi, Rusiya Milli Qvardiyasının rəhbərlərinin məruzələrini dinləyib. 

Xatırladaq ki, Volqoqradda bir neçə məhbus cəzaçəkmə müəssisənin əməkdaşlarını girov götürüb. Hadisə zamanı bir həbsxana əməkdaşı qətlə yetirilib, 4 nəfər isə xəsarət alıb. 

Günəş Mərd

tag: Putin, Rusiya, Daxili İşlər Nazirliyi, Volqoqrad,Həbsxana, todaypress.az,