Putin Si Cinpinlə görüşdü
Dünya
22.10.2024 22:56
Rusiya
Prezidenti Vladimir Putin Kazanda keçirilən BRİCS sammiti çərçivəsində Çin
Prezidenti Si Cinpinlə görüşüb. Danışıqlar Kazan Kremlinin Qubernatorlar
Sarayında təşkil olunub.
TodayPress xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Dövlət başçıları
ikitərəfli münasibətlər, beynəlxalq və regional məsələlər üzrə dərin fikir
mübadiləsi aparıblar.
Qeyd edək ki, bu
il Rusiya və Çin liderləri artıq iki dəfə - Rusiya prezidentinin Çin Xalq Respublikasına
(ÇXR) dövlət səfəri zamanı (16-17 may) və Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT)
Astanada keçirilən sammitində (3 iyul) görüşüblər.
tag: Putin, Rusiya, BRİCS, Kazan, Astana, todaypress.az,