Putin Səudiyyə Ərəbistanın vəliəhdi ilə telefon danışığı apardı
Rusiya Prezidenti Vladimir
Putin Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman
bin Əbdüləziz Al Səud ilə telefon danışığı aparıb.
TodayPress xəbər verir
ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Liderlər Rusiya ilə Səudiyyə
Ərəbistanı arasında qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə
alınması prinsiplərinə əsaslanan dostluq münasibətlərinin əldə edilmiş səviyyəsini
yüksək qiymətləndiriblər.
Tərəflər müxtəlif səviyyələrdə
əlaqələri davam etdirmək barədə razılığa gəliblər.
Həmçinin siyasi, ticarət-iqtisadi və enerji sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib və enerji bazarında sabitlik üçün OPEC+ çərçivəsində sıx koordinasiyanın vacibliyi qeyd edilib.
tag: Putin, Ərəbistan,Vəliəhd, Görüş, todaypress.az,