Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqlədi
Dünya
19.11.2024 12:25
Rusiya
Prezidenti Vladimir Putin ölkənin nüvə silahından çəkindirmə sahəsində dövlət
siyasətinin əsaslarını təsdiqləyib.
TodayPress-in verdiyi məlumata görə, o, bununla bağlı müvafiq fərman
imzalayıb.
Sənəddə qeyd olunub ki, Rusiyanın bu sahədə dövlət
siyasəti müdafiə xarakteri daşıyır.
Eyni zamanda vurğulanıb ki, hərbi koalisiya tərkibindən
hər hansı dövlətin Rusiyaya və ya onun müttəfiqlərinə qarşı təcavüzü bütövlükdə
bu koalisiyanın təcavüzü kimi qiymətləndiriləcək.
Doktrinaya əsasən, nüvə silahının tətbiqi barədə qərar
Rusiya Prezidenti tərəfindən verilir.
tag: Rusiya, Putin, Nüvə, Portal, Prezident, todaypress.az,