Putin Rusiyanın 4%-lik inflyasiya hədəfinə çatacağına ümid edir
Dünya
05.12.2024 02:45
Rusiya
prezidenti Vladimir Putin 4%-lik inflyasiya hədəfinin gec-tez əldə ediləcəyinə
ümid etdiyini bildirib.
TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
"Bizim tələb olunan səviyyəmiz 4% idi. Ümid edirəm ki, biz buna nail olacağıq" Putin bildirib.
Dövlət başçısı vurğulayıb ki, inflyasiya ilə mübarizədə vətəndaşlar üçün kifayət qədər miqdarda mal və xidmət istehsalının təmin edilməsi əsas vasitədir.
Aynur TAC
tag: Putin, Rusiya, Inflyasiya, Maliyyə, İqtisadiyyat, todaypress.az,