Putin Rusiya-Ukrayna müharibəsində həlak olan jurnalistlərin sayını açıqladı

Dünya

05.06.2024 23:32

Ukraynanın Şimal Hərbi Dairəsi zonasında 30 rusiyalı jurnalist həlak olub.

TodayPress xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq beynəlxalq forumu çərçivəsində xarici media orqanlarının rəhbərləri ilə görüşündə bildirib.

Onun sözlərinə görə, Qərb ölkələri rusiyalı mütəxəssislərə xüsusi hərbi əməliyyat (SVO) zonasında media nümayəndələrinin ölümü ilə bağlı araşdırma aparmağa icazə vermir.

“Ən azı 30 jurnalistlərimiz həlak olub. Amma heç kim bizə imkan vermir ki, onların başına gələnlərlə bağlı araşdırma aparaq” deyə dövlət başçısı vurğulayıb.

 

GÜNEL

tag: Vladimir Putin, Rusiya-Ukrayna müharibəsi, Qərb , Beynəlxalq form, todaypress.az,