Putin: “Rusiya kompromislərə hazır olsa da, Ukrayna imtina edib”
“Rusiya Ukraynadakı münaqişənin həlli çərçivəsində hər zaman kompromislərə hazır olub, lakin Kiyev danışıqlardan imtina edib”.
TodayPress xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin illik mətbuat konfransında deyib.
“Siyasət kompromis sənətidir. Biz həmişə demişik ki, danışıqlara, kompromislərə hazırıq. Sadəcə, qarşı tərəf sözün hərfi və məcazi mənasında danışıqlardan imtina edib” Rusiya lideri bildirib.
Putin vurğulayıb ki, Ukrayna hakimiyyəti Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun səfərindən sonra Rusiya ilə sülh sazişindən və sonrakı danışıqlardan imtina edib.
Günəş Mərd
tag: Putin, Mətbuat, Münaqişə, Kiyev, Rusiya, todaypress.az,