Putin: "Pasxa atəşkəsindən sonra döyüşlər yenidən başlayıb"

Dünya

21.04.2025 19:30

6

Müharibə zonasında döyüşlər Pasxa atəşkəsinin başa çatmasından sonra yenidən başlayıb. 

TodayPress xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Döyüşlər bərpa olunub. Biz bu barədə, yəni atəşkəsin yalnız müvəqqəti xarakter daşıdığı barədə əvvəldən xəbərdarlıq etmişdik. Biz atəşkəsə həmişə müsbət yanaşırıq, xüsusilə Pasxa kimi müqəddəs bayram günlərində” o qeyd edib.

O vurğulayıb ki, Moskva tərəfi hər zaman dinc təşəbbüslərə açıqdır və ümid edir ki, Kiyev də eyni yanaşmanı nümayiş etdirəcək.

Türkan İsgəndərli

tag: Müharibə ,Pasxa ,Rusiya ,Vladimir Putin ,todaypress.az,