Putin Paşinyana mesaj göndərdi
Dünya
21.09.2024 18:30
Rusiya prezidenti Vladimir Putin Rusiya ilə Ermənistan arasında dostluq münasibətlərinin inkişafının vacibliyini bildirib.
TodayPress Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Kreml rəhbəri Ermənistanın Müstəqillik Günü münasibətilə Baş nazir Nikol Paşinyana ünvanladığı təbrik məktubunda yazıb.
O, hesab edir ki, Ermənistanla dostluq və müttəfiqlik münasibətlərinin inkişafı iki dövlətin xalqlarının maraqlarına cavab verir.
Günəş Mərd
tag: Putin ,Rusiya, Ermənistan ,Müstəqillik Günü ,Baş Nazir, Nikol Paşinyan ,todaypress.az,