Putin “Oreşnik”in təkrar istifadəsinə icazə verdi

Dünya

27.12.2024 10:06

Rusiya prezidenti Vladimir Putin Ali Avrasiya İqtisadi Şurasının (Aİİ) sammitindən sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, lazım gələrsə, Rusiya ordusu “Oreşnik” orta mənzilli ballistik raketindən yenidən istifadə edə bilər.

TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb. 

Dövlət başçısı bu yaxınlarda Rusiya Silahlı Qüvvələrinin yüksək dəqiqlikli uzaqmənzilli silahlarla Ukrayna ərazisinə endirdiyi kompleks zərbəni xatırladıb. Putinin sözlərinə görə, daha güclü orta mənzilli silahlardan istifadə tələb olunarsa, Moskva onlardan istifadə edəcək.

“Bu sirr deyil və biz bunu gizlətmirik. Mən dedim ki, bizdə hələlik bu “Oreşnik” sistemlərinin çoxu yoxdur. Biz onlardan istifadə etməyə tələsmirik, çünki bu silahlar güclüdür. Bu, müəyyən problemlərin həlli üçün nəzərdə tutulub” deyə prezident etiraf edib.

Dövlət başçısı “Oreşnik”in seriyalı istehsalına başlandığını da açıqlayıb. Onun sözlərinə görə, Moskva tələb olunan sayda komplekslər yaratmağı, onların bir qismini Belarus ərazisində yerləşdirməyi planlaşdırır. “Biz sistemli şəkildə hərəkət edirik. Amma biz bu gün, sabah belə bir ehtiyac olarsa, ondan istifadənin mümkünlüyünü də istisna etmirik” deyə Putin bildirib.

Töhfə Səməd

tag: Rusiya, Putin ,Oreşnik,Raket, todaypress.az,