Putin narkotiklərin təbliğinə qarşı olan qanunu imzaladı

Dünya

08.08.2024 17:25

Rusiya Prezidenti Vladimir Putin narkotiklərin mediada və internetdə təbliğinin qadağan edilməsi, habelə ədəbiyyat və kinoda adının hallanması şərtləri haqqında Qanunu imzalayıb.

TodayPress, “TASS”a istinadən xəbər verir ki, sənədlə narkotik vasitələrin hazırlanması, istehsalı və istifadəsi, habelə alınması üsulları, metodları barədə məlumatların yayılması qadağandır.

Eyni zamanda, qanunda vurğulanır ki, bu cür məlumatlar bədii fikrin bir hissəsini təşkil edirsə, bu normalar ədəbiyyat və sənət əsərlərinə tətbiq edilməyəcək. Bundan başqa, narkotik istifadəsi, onun cəlbediciliyi və ya zəruriliyi, istifadəsinin hər hansı bir üstünlüyü barədə məlumat olmamalıdır.

Qanun 1 sentyabr 2025-ci il tarixindən qüvvəyə minəcək.

tag: Putin,Qanun,Rusiya, Prezident,Narkotik, todaypress.az,