Putin naməlum səbəbdən Moskvaya enən Silva ilə telefon danışığı apardı

Dünya

15.05.2025 01:23

10

Rusiya Prezidenti Vladimir Putin braziliyalı həmkarı Lula da Silva ilə telefonla danışıb. 

TodayPress Rusiya mediasına istinadən xəbər verir ki, telefon danışığı Silvanın təyyarəsinin Moskvada qısamüddətli dayanması zamanı baş tutub. 

Qeyd edək ki, içərisində Lula da Silvanın olduğu Braziliya Hərbi Hava Qüvvələrinin xüsusi reysi naməlum səbəbdən Vnukovo hava limanına eniş edib. O, qısa müddətli fasilədən sonra Rusiya Federasiyasını tərk edib.

tag: Rusiya, Putin, Lula, Silva, Braziliya, todaypress.az,