Putin Murmansk vilayətinə səfər etdi
Rusiya lideri Vladimir Putin Murmansk vilayətinə işgüzar səfərə gedib.
TodayPress xəbər verir ki, bu barədə “RİA” məlumat verib.
Agentliyin məlumatına görə, Rusiya prezidentinin təyyarəsi artıq II Nikolay Beynəlxalq Hava Limanına enib.
Qeyd edək ki, regional inzibati mərkəzdə Roskonqresin ölkə hökuməti ilə birgə təşkil etdiyi Beynəlxalq Arktika Forumu keçirilir.
Tədbir Şimal Dəniz Marşrutunun açılmasının 500 illiyinə həsr olunub.
Aysel Mətləb
tag: Rusiya,Putin,Murmansk,Səfər,Todaypress.az,