Putin MDB-də sabitliyinin pozulmasının qarşısını almağa çağırdı

Dünya

26.11.2024 14:27

Rusiya Prezident Vladimir Putin MDB ölkələrində və qonşu regionlarda vəziyyətin sabitliyinin pozulmasının qarşısını almağa çağırıb.

TodayPress “RİA”ya istinadən xəbər verir ki, o, bu barədə MDB ölkələrinin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin iclasında bildirib. 

Putin əlavə edib ki, 20 il ərzində belə görüşlər Birlik ölkələrinin daxili və xarici təhdidlərdən qorunmasına yönəlmiş həllərin işlənib hazırlanmasına, kəşfiyyat xidmətləri arasında əməkdaşlıq mexanizmlərinin qurulmasına imkan verib.

O, həmçinin qeyd edib ki, indiki çətin geosiyasi şəraitdə xüsusi xidmət orqanları arasında konstruktiv qarşılıqlı fəaliyyət vacibdir. 

Rusiya lideri vurğulayıb ki, bu görüş tərəfdaşlığın dərinləşməsində mühüm mərhələyə çevriləcək və MDB məkanında sülh və təhlükəsizliyin möhkəmlənməsinə kömək edəcək.

Günəş Mərd

tag: Putin, MDB,Prezident, Rusiya, Lider, todaypress.az,