Putin Lukaşenkoya uğurlar arzuladı
Dünya
19.01.2025 15:28
Rusiya prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenkoya qarşıdan gələn prezident seçkilərində uğurlar arzulayıb.
TodayPress xəbər verir ki, bu barədə “RİA” Kremlə istinadən məlumat yayıb.
Qeyd edək ki, Belarusda növbəti prezident seçkiləri 2025-ci il yanvarın 26-na təyin edilib.
Xatırladaq ki, son seçkilər 9 avqust 2020-ci ildə keçirilib. Aleksandr Lukaşenko 80,1 faiz səslə qalib gəlib.
Nicat Osman
tag: Belarus,Putin,Müşahidə,Kreml,Prezident,Todaypress.az,