Putin Kursk sakinləri ilə bağlı göstəriş verdi

Dünya

26.08.2024 18:00

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Nazirlər Kabinetinə Belqorod, Bryansk və Kursk vilayətlərinin ərazilərindən təxliyə edilmiş vətəndaşların işlə təmin olunmasına köməklik göstərməyi tapşırıb. 

TodayPress xəbər verir ki, bu barədə məlumat Kremlin saytında dərc olunub.

Rusiya lideri, həmçinin Kursk vilayətində həyat təminatı məsələlərini tez bir zamanda həll etməyi tapşırıb. 

Qeyd edək ki, indiyədək 115 min insan Rusiyanın təhlükəli sərhəd bölgələrindən köçürülüb.

Günəş Mərd

tag: Rusiya, Putin, Belqorod, Bryansk, Kursk, todaypress.az,