Putin Kursk istiqamətindəki döyüşlərə koordinator təyin etdi
Dünya
13.08.2024 13:30
Rusiya prezidentinin köməkçisi,
Rusiya Dövlət Şurasının katibi, general-polkovnik Aleksey Dyumin Kursk istiqamətində
Ukrayna qüvvələri ilə döyüşən "Şimal" qruplaşmasının koordinatoru təyin
edilib.
TodayPress, “RİA Novosti”yə istinadən
xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin qərar verib.
Bildirilib ki, A. Dyumin artıq Kurska
ezam olunaraq, vəzifəsinin icrasına başlayıb.
Bununla yanaşı, Kremlə yaxın mənbələr
general-polkovnikin regiondakı hərbi birləşmələrə bilavasitə rəhbərlik etməyəcəyi,
sadəcə nəzarət funksiyasını yerinə yetirəcəyi açıqlanıb.
Ehtimal olunur ki, qərarın verilməsinə
bölgədəki gərgin vəziyyət səbəb olub.
tag: Rusiya, Vladimir Putin, Kursk,Ukrayna, todaypress.az,