Putin: “KTMT Qarabağda Ermənistanın tərəfində döyüşməməli idi”

Dünya

28.11.2024 18:11

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Qarabağda Ermənistanın tərəfində vuruşmamalı idi, çünki bu halda İrəvana qarşı xarici təcavüz olmamışdı.

TodayPress xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Astanada keçirilən mətbuat konfransında bildirib.

Onun fikrincə, Ermənistanın KTMT-yə hazırkı münasibəti daxili siyasi problemlər və Qarabağ mövzusu ilə bağlıdır. Eyni zamanda, Putin Ermənistanın KTMT-də tam formatda işə qayıdacağını istisna etməyib.

tag: Putin, KTMT, Rusiya, Astana, Qarabağ, Ermənistan, todaypress.az,