Putin İstanbul danışıqları öncəsi təcili müşavirə keçirdi
Rusiya prezidenti Vladimir Putin mayın 14-ü axşam Rusiya ilə Ukrayna arasında planlaşdırılan danışıqlara hazırlıq məqsədilə yüksək səviyyəli müşavirə keçirib.
TodayPress “RİA”ya istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.
Müşavirədə Rusiya nümayəndə heyətinin üzvləri ilə yanaşı, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Andrey Belousov, “Rosqvardiya”nın rəhbəri Viktor Zolotov, Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valeri Gerasimov və FSB-nin rəhbəri Aleksandr Bortnikov iştirak ediblər.
Peskov əlavə edib ki, müşavirəyə xüsusi hərbi əməliyyat zonasında fəaliyyət göstərən bütün qoşun qruplaşmalarının komandanları da qatılıblar.
Qiymət Mahir
tag: Putin,İstanbul,Rusiya,Ukrayna,Dmitri Peskov,todaypress.az,