Putin İran Təhlükəsizlik Şurasının katibini qəbul etdi
Dünya
12.09.2024 17:25
Rusiya Prezidenti Vladimir Putin İran Təhlükəsizlik Şurasının katibi Əli Əhmədian ilə görüşüb.
TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Görüşdə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu da iştirak edib.
Putin görüş zamanı İran Prezidentinin Rusiyaya səfərini, o cümlədən iki ölkə arasında yeni saziş imzalamasını gözlədiyini bildirib.
O, həmçinin qeyd edib ki, Rusiya Federasiyası ilə İran arasında dostluq münasibətləri son illər daha da dinamikləşib.
Günəş Mərd
tag: Rusiya, Putin, İran ,Əli Əhmədian, Sergey Şoyqu ,todaypress.az,