Putin Fələstin prezidenti ilə görüşəcək
Rusiya prezidenti Vladimir Putin və Fələstin prezidenti Mahmud Abbas mayın 10-da Moskvada ikitərəfli görüş keçirəcəklər.
TodayPress xəbər verir ki, bu barədə Fələstinin Rusiyadakı səfiri Əbdülhafiz Nofəl bildirib.
Səfirin sözlərinə görə, görüşdə əsas müzakirə mövzuları Fələstində, xüsusilə Qəzza zolağında və İsraildəki vəziyyət olacaq.
Qeyd edək ki, Mahmud Abbas mayın 9-da Qələbə Günü münasibətilə keçiriləcək tədbirlərdə iştirak etmək üçün Moskvaya səfər edəcək.
Rusiya digər ölkələrin liderlərini və nümayəndə heyətlərini də Qələbənin 80-ci ildönümünə həsr olunmuş mərasimlərə dəvət edib.
Türkan İsgəndərli
tag: Rusiya,Putin,Fələstin,Mahmud Abbas,Todaypress.az,