Putin Əsədi qəbul etdi

Dünya

25.07.2024 10:37

Rusiya prezidenti Vladimir Putin Suriya Ərəb Respublikasının Prezidenti Bəşər Əsədlə görüşüb.  

TodayPress Rusiya KİV-ə istinadən xəbər verir ki, səfər zamanı Rusiya lideri ölkələr arasında münasibətlərin bütün spektrinin müzakirə ediləcəyini açıqlayıb, xüsusən də ticarət-iqtisadi əlaqələrindən danışılacağını qeyd edib. 

O, həmçinin bölgədəki vəziyyətlə bağlı Əsədin fikrini soruşub.  

Suriya lideri bu görüşün ölkələr arasında diplomatik münasibətlərin qurulmasının ildönümünə təsadüf etdiyini qeyd edib.   

Günəş Mərd

tag: Putin, Əsəd, Suriya, Rusiya, Lider, todaypress.az,