Putin Əsədə sığınacaq verəcək?

Dünya

09.12.2024 15:07

Rusiya prezidenti Vladimir Putin suriyalı həmkarı Bəşər Əsəd və ailəsinə siyasi sığınacaq vermək qərarına gəlib. 

TodayPress, "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Təbii ki, dövlət başçısı olmadan belə qərarlar qəbul edilə bilməz. Bu, onun qərarıdır" deyə o, diqqətə çatdırıb.

Xatırladaq ki, dekabrın 8-də Əsəd Suriyanı tərk edərək prezident postundan istefa verib. Sonradan məlum olub ki, Moskva ona sığınacaq verib. Hazırda istefa verən Suriya lideri ailəsi ilə birlikdə Moskvadadır.

Töhfə Səməd

tag: Rusiya ,Prezident ,Post, Putin, todaypress.az,