Putin: Dünyanın Rusiyaya ehtiyacı var
Dünya
08.11.2024 02:34
Dünyada sadəcə hakimiyyət uğrunda mübarizə yox, ölkələr və
xalqlar arasında münasibətlər prinsiplərinin toqquşması gedir.
TodayPress-in xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Valday disskusiya klubunun plenar iclasında çıxışında bildirib.
Onun sözlərinə
görə, hazırda kardinal, inqilabi dəyişikliklər dövrüdür.
Rusiya
prezidenti qeyd edib ki, növbəti 20 il bundan daha çətin olacaq.
Putin
bəşəriyyətin aqressiv anarxiya uçurumuna düşməsi və ənənəvi dəyərlərin
itirilməsi təhlükəsini gördüyünü söyləyib.
O deyib ki,
Qərbin nüvə dövləti olan Rusiyanı strateji məğlubiyyətə uğratmaq çağırışları
ifrat avantürizmi nümayiş etdirir.
"Qərb
elitasının öz cəzasızlığına və müstəsnalığına kor-koranə inamı dünya faciəsinə
çevrilə bilər. Qərb ölkələrinin özündə xaos və sistemli böhran artır. Rusiya
Qərb sivilizasiyasını düşmən kimi qəbul etmir və “biz, yoxsa onlar” sualını
vermir” deyə Rusiya lideri vurğulayıb.
Putin qeyd edib
ki, ABŞ və müttəfiqlərinin siyasətində “heç kimə imkan vermə” prinsipi getdikcə
daha çox nəzərə çarpır, lakin bu, çox təhlükəli düsturdur: "Yeni dünya
düzənində hegemonluqdan söhbət gedə bilməz. “Qərb liberalizmi” istənilən
alternativə, istənilən suveren və müstəqil düşüncəyə qarşı ifrat dözümsüzlüyə
çevrilib. Qərb Rusiyaya sarsıdıcı zərbə vurmağa, onu dünya siyasətindən və
iqtisadiyyatından ayırmağa çalışdı, lakin buna nail olmadı. Vaşinqton və
Brüssel rəhbərlərinin istənilən qərarına baxmayaraq, dünyanın Rusiyaya ehtiyacı
var".
Rusiya
prezidenti bildirib ki, köhnə dünya nizamı gedib və hazırda yeni nizam üçün
mübarizə gedir.
tag: Putin, Rusiya, XİN, Bəşəriyyət, Qərb, todaypress.az,