Putin Dağıstanda öldürülən keşişə "İgidliyə görə" ordeni verdi
Dünya
26.06.2024 05:00
Rusiya prezidenti Vladimir Putin Dağıstanda terror aktı zamanı həlak olan keşiş Nikolay Kotelnikovu ölümündən sonra “İgidliyə görə” ordeni ilə təltif edib.
TodayPress xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Qeyd olunub ki, mükafat keşişə məbədi terror hücumundan xilas edərkən göstərdiyi cəsarət və fədakarlığa görə təqdim olunub.
Xatırladaq ki, iyunun 23-də Dağıstanda silsilə terror aktları baş verib. Nəticədə 20-dən çox insan həlak olub. Radikallar Dərbənddə Nikolayın xidmət etdiyi kilsəyə hücum ediblər.
GÜNEL
tag: Kilsə, Dağıstan, Rusiya, Orden, todaypress.az,