Putin cüzi fərqlə Trampa məğlub oldu: Dünyanın ən nüfuzlu siyasətçiləri seçildi

Dünya

20.12.2024 18:40

İtalyanların fikrincə, Rusiya prezidenti Vladimir Putin dünyada ikinci ən nüfuzlu siyasətçidir. 

TodayPress “TASS”a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunun (ISPI) keçirdiyi ictimai rəy sorğusunun nəticələrində qeyd olunub. 

Sorğunun nəticələrinə görə, italyanların 17 faizi Rusiya liderini ikinci ən nüfuzlu siyasətçi hesab edir. O, 16 faiz səs toplayan amerikalı milyarder İlon Maskı və 13 faiz səs toplayan Roma Papası Fransiski qabaqlayıb.    

Məlumatlara görə, sorğuda iştirak edən italyanların 39 faizi ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampı dünyanın ən güclü siyasətçisi hesab edir. Bununla belə, 38 faiz onun seçkilərdəki qələbəsini Avropa İttifaqı üçün pis hesab edib. 22 faiz isə gələcək Respublika prezidentliyinin hazırkı beynəlxalq mühiti yaxşılaşdırmağa kömək edəcəyinə ümid etdiyini bildirib.  

Günəş Mərd

tag: Putin ,Tramp ,ABŞ, Rusiya ,todaypress.az,