Putin BMT-nin fəaliyyətini tənqid etdi

Dünya

23.10.2024 16:25

1490

“2030-cu ilə qədər olan dövr üçün Birləşmiş Millətlər Təşkilatının (BMT) inkişaf gündəliyinin məqsədlərinin həyata keçirilməsi dalana dirənib”.

TodayPress  “RİA”ya istinadən  xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin BRICS sammitinin geniş tərkibdə görüşü zamanı deyib.   

Rusiya lideri qeyd edib ki, əmtəə qiymətlərinin dəyişkənliyi yüksək səviyyədədir və inflyasiyanın artması səbəbindən bir çox ölkələrdə sadə insanların gəlirləri və korporativ gəlirlər azalır.

Xatırladaq ki, oktyabrın 23-də BMT-nin baş katibi Antonio Quterreş Kazan sammitinə gəlib .

tag: BMT, Putin, Rusiya, Kazan, Antonio Quterreş, todaypress.az,