Putin BƏƏ prezidentinə təşəkkür etdi

Dünya

24.03.2025 18:00

2457

Rusiya prezidenti Vladimir Putin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Moskva ilə Kiyev arasında əsirlərin mübadiləsində vasitəçilik etdiyinə görə təşəkkür edib.

TodayPress xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Rusiya-Ukrayna münaqişəsi başlayandan Birləşmiş Ərəb Əmirlikləri humanitar məsələlərin həllində hər iki tərəfə yardım edir. O cümlədən BƏƏ tərəflər arasında məhbusların mübadiləsinin həyata keçirilməsində fəal vasitəçilik edib. 

Qeyd edək ki, BƏƏ Xarici İşlər Nazirliyinin məlumatına görə, 2024-cü ilin əvvəlindən Əbu-Dabi 3,2 mindən çox hərbi əsirin 13 mübadiləsinə şərait yaradıb. Son əhəmiyyətli mübadilə martın 19-da baş tutub.  

Türkan İsgəndərli

tag: Putin,Rusiya,ABŞ,BƏƏ,todaypress.az,