Putin ABŞ və Qərb dövlətlərinə xəbərdarlıq etdi
Dünya
21.11.2024 22:19
ABŞ və onun NATO
müttəfiqləri Rusiya ərazisində uzaqmənzilli raketlərdən istifadə etmək qərarı
ilə eskalasiya kursunu davam etdirdilər.
TodayPress xəbər verir ki, bunu Rusiya
Prezidenti Vladimir Putin deyib.
“Eskalasiya kursunu davam etdirən ABŞ və onun NATO
müttəfiqləri daha əvvəl Rusiya ərazisində uzaqmənzilli dəqiqlikli silahların
istifadəsinə icazə verdiklərini açıqlayıblar. Mütəxəssislər yaxşı bilirlər belə
silahları istehsal edən ölkələrin hərbi mütəxəssislərinin birbaşa iştirakı
olmadan istifadə etmək mümkün deyil” deyə o qeyd edib.
Onun sözlərinə görə, ABŞ 2019-cu ildə Orta Mənzilli Nüvə
Qüvvələri haqqında Sazişi birtərəfli qaydada xitam verməklə səhvə yol verib.
Putin əlavə edib ki, Rusiya münaqişənin gərginləşməsinə
qəti cavab verəcək, ona qarşı hərbi kontingentini yaradan ölkələrin hakim
elitaları bu barədə düşünməlidirlər:
“Təcavüzkar hərəkətlərin eskalasiyası halında biz də
qətiyyətlə və qarşılıqlı şəkildə cavab verəcəyik. Mən tövsiyə edirəm ki, öz
hərbi kontingentindən Rusiyaya qarşı istifadə etmək planlarını həyata keçirən
ölkələrin hakim elitaları bu barədə ciddi düşünsünlər”.
tag: ABŞ, Rusiya, Putin, NATO, Nüvə, todaypress.az,