Putin: “ABŞ üçün heç bir qayda yoxdur”
Dünya
16.12.2024 15:40
“Birləşmiş Ştatlar üçün heç bir qayda yoxdur. Onlar özləri üçün əlverişsiz olan hər hansı bir dövlətə qarşı hibrid müharibə təşkil edə bilərlər”.
TodayPress yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Rusiya Müdafiə Nazirliyinin kollegiyasının geniş iclasında bildirib.
O qeyd edib ki, Qərb ölkələri Rusiyanı da qırmızı xəttə itələyir və Moskva buna cavab verməyə bilməz.
Putinin sözlərinə görə, Qərb ölkələri Moskvanın kiməsə hücum edəcəyi ilə bağlı əhalini qorxutmaq üçün mifik Rusiya təhlükəsindən istifadə edir.
Günəş Mərd
tag: Rusiya,Putin,ABŞ,Təhlükə,Qərb,Müharibə,Todaypress.az,