Putin 6 prezidentlə görüşəcək
Mayın 10-da Rusiya prezidenti Vladimir Putin altı ikitərəfli görüş keçirəcək.
TodayPress xəbər verir ki, bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov məlumat verib.
Görüşlər sırasıyla Laos prezidenti Thongloun Sisoulith, Zimbabve prezidenti Emmerson Mnangagwa, Fələstin prezidenti Mahmud Abbas ilə başlayacaq. Sonra Putin Burkina Faso prezidenti İbrahim Traore ilə görüşəcək.
Daha sonra Abxaziya prezidenti Badra Qunba ilə görüşəcək və ilin əvvəlindən bəri bu, onların ikinci üz-üzə təması olacaq. Sonda isə Cənubi Osetiya prezidenti Alan Qoqloyevlə görüş planlaşdırılır.
Türkan İsgəndərli
tag: Rusiya,prezident,Görüş,todaypress.az,