Putin: “34 ölkə BRICS-ə qoşulmaq üçün müraciət edib”
Dünya
12.09.2024 14:40
Artıq 34 ölkə BRICS-ə qoşulmaq üçün müraciət edib.
TodayPress yerli mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda təşkilata üzv ölkələrin təhlükəsizlik məsələlərinə cavabdeh olan nümayəndələr ilə görüşündə bildirib.
BRICS-in artan nüfuzundan söz açan Kreml rəhbəri əlavə edib ki, qurumun hazırkı sədri kimi Rusiya bu il assosiasiya çərçivəsində birgə fəaliyyətin təşkilinə böyük məsuliyyətlə yanaşıb. Putin bildirib ki, BRICS-in bütün yeni üzvləri yekunda Kazanda keçiriləcək sammitdə təsdiqlənəcək.
Qeyd edək ki, BRICS sammiti bu il oktyabrın 22-24-də Kazanda keçiriləcək.
Günəş Mərd
tag: BRICS ,Putin ,Sankt-Peterburq ,Rusiya, Sammit, todaypress.az,