Putin 133 min nəfəri orduya çağıran FƏRMAN İMZALADI

Dünya

30.09.2024 15:55

Rusiya Prezidenti Vladimir Putin hərbi xidmətə çağırışla bağlı fərman imzalayıb.

TodayPress xəbər verir ki, payız çağırışı fərmanı ilə oktyabrın 1-dən dekabrın 31-dək 133 min nəfərin hərbi xidmətə çağırılması planlaşdırılır.

Rusiya Silahlı Qüvvələri Baş Qərargahı bəyan edib ki, çağırış vərəqələri kağız şəklində göndəriləcək. 

Oktyabrın 15-dən çağırışçıların toplanış məntəqələrindən xidmət yerlərinə göndərilməsi planlaşdırılır.

tag: Rusiya ,Prezident ,Putin ,Hərbi Xidmət ,Baş Qərargah ,todaypress.az,