Protezə son - Diş çıxaran dərman bu tarixdə satışa buraxılacaq
Dünya
14.06.2024 00:58
Yapon araşdırmaçıların kəşf etdiyi diş çıxardan dərmanın bazara çıxarılacağı tarix bəlli olub.
TodayPress xəbər verir ki, Yaponiyanın Osaka şəhərindəki Kitano Xəstəxanasının Tibbi Araşdırma İnstitutunun professoru Katsu Takahaşi və komandasının təkmilləşdirdiyi dərmanın 2030- cu ildə istifadəyə veriləcəyi planlaşdırılır.
Takahaşi və komandası may ayında verdiyi açıqlamada dərmanın insanlar üzərində təcrübəsinə sentyabrda başlanacağını deyib.
Testlərdən problemsiz keçərsə dərmanın ilk mərhələdə sadəcə konjenital (anadangəlmə dişsizlik problemi) dişsizlikdən əziyyət çəkən xəstələrə veriləcəyi bildirilib. Təcrübələrə 30-64 yaş arası arxa dişlərindən ən az biri əskik olan şəxslər qatılacaq.
GÜNEL
tag: Diş, Yaponiya, Osaka şəhəri, Təcrübə, todaypress.az,