Priqojinin varisi ƏSİR DÜŞDÜ
Dünya
28.07.2024 11:13
“Vaqner” xüsusi hərbi təşkilatının rəhbəri Yevgeni Priqojinin varisi “Lotus” ləqəbi ilə tanınan Anton Elizarov Malidə tutulub.
TodayPress xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
“Vaqner”in döyüşçülərindən ibarət kolonna Malidə tuareqlər tərəfindən pusquya salınıb. Atışmada 20-dən çox adam ölüb.
“Hərbçilər qum fırtınası altında hücuma keçərək xeyli sayda əsgəri və bir neçə Vaqner döyüşçüsü əsir götürüblər. Onlar arasında məşhur "Lotus" da var" məlumatda qeyd olunub.
Qeyd edək ki, Tuareqlər müstəqil dövlət yaratmaq üçün mübarizə aparan döyüşkən Afrika qəbiləsidir.
Günəş Mərd
tag: Rusiya, Məlumat, todaypress.az,Vaqner,Priqojin,Lotus,