Priqojinin ölümündə Qərbin barmağı var?
Dünya
23.08.2024 14:41
“Vaqner” muzdlu qruplaşmasının rəhbəri Yevgeni Priqojinin olduğu təyyarənin qəzaya uğramasında Qərb kəşfiyyatının əli ola bilər.
TodayPress xəbər verir ki, bu versiyanı “Vaqner”in keçmiş üzvü faciənin ildönümü ilə bağlı “NEWS.ru”ya danışarkən bildirib.
Onun sözlərinə görə, qəzada Fransa və ya Amerika kəşfiyyat xidmətlərinin mümkün əli olub.
Bu baxımdan o, Rusiya təhlükəsizlik orqanlarında xəyanəti istisna etməyib.
Xatırladaq ki, Priqojin və həmçinin “Vaqner” komandiri Dmitri Utkinin olduğu təyyarə 2023-cü il avqustun 23-də qəzaya uğrayıb. Faciəvi hadisədə sağ qalan olmayıb.
Günəş Mərd
tag: Vaqner, Rusiya, Fransa,Amerika, Faciə, todaypress.az,