Priqojinin məzarını təhqir etdilər - FOTO
Naməlum şəxslər “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin məzarını təhqir ediblər.
TodayPress xəbər verir ki, hadisə yerindən video “Rise” teleqram kanalında yayımlanıb.
Sankt-Peterburqun Poroxovskoye qəbiristanlığında çəkildiyi deyilən kadrlarda Priqojinin bürünc fiqurunun üzərinə ağ maye töküldüyünü görmək olar.
Şəhər meri faktı təsdiqləyib və hüquq-mühafizə orqanlarının məsələni araşdırdığını deyib.
Qeyd edək ki, Yevgeni Priqojin 2023-cü ilin avqustunda Rusiyanın Tver vilayətində təyyarə qəzasında ölüb.
Günəş Mərd
tag: Priqoji, Sankt-Peterburq, Qəbirstanlıq, Bürünc, Rusiya, todaypress.az,
