Prezidentliyə namizədlər İranda internet qadağası və məcburi hicabın ləğvinə söz verdilər
Dünya
22.06.2024 09:45
İran dövlət televiziyasında prezidentliyə namizədlər arasında keçirilən debatın üçüncü turunda internet qadağaları və məcburi hicab tətbiqi müzakirə edilib.
TodayPress İranın İRNA agentliyinə istinadla xəbər verir ki, namizədlərdən Mesud Pezeşkiyan prezident olacağı təqdirdə ölkədəki internetlə bağlı qadağaları arada qaldırcağını deyib.
Pezeşkiyan ölkədə məcburi hicab tətbiqi ilə bağlı “Qadınları hicab bağlamağa məcbur edə bilmərik” deyə bildirib.
Namizədlər arasında yeganə din xadimi Mustafa Purmuhammedi də internet qadağalarının əleyhinə olduğunu bildirib. O vətəndaşların qadağalara baxmayaraq VPN xidmətlərindən istifadə etdiyini bunun da daha təhlükəli hal aldığını qeyd edib: “Bu qadağalarla ortaya çıxan VPN mafiyasının varlığı insanların pul kisəsini boşaldır və təhlükəsizliyi təhlükəyə atır” deyə Purmuhammedi vurğulayıb.
Purmuhammedi məcburi hicabın "qanun müddəası" olduğunu, lakin bunun məcburi olmayacağını və prezident olacağı təqdirdə qaydaya əməl etməyən qadınlara müxtəlif sanksiyalar tətbiq edən hazırda müzakirə olunan qanunu geri götürəcəyini bildirib.
Mühafizəkar namizəd Məhəmməd Baqir Kalibaf də ölkədə iğtişaşlar və etirazlar kimi xüsusi hallar istisna olmaqla, internet qadağalarının əleyhinə olduğunu bildirib.
Qadağalar səbəbiylə VPN istifadəçilərinin nisbətinin yüzdə 67-yə yüksəldiyinə diqqət çəkən Kalibaf, "Riski aradan qaldırmaq əvəzinə, artırdıq və məcburi hicab qanunu ilə əlaqədar həm iqtisadi, həm maddi, həm də mənəvi zərər gördük" deyə bildirib.
Kalibaf həmçinin polisin qadınlara qarşı müdaxiləsi zamanı ağrılı hadisələrin də yaşandığını və bunlara son qoyulması lazım olduğunu ifadə edib.
GÜNEL
tag: İran, Pezidentliyə namizəd,İnternet qadağası, Hicab, todaypress.az,