Prezident: Braziliya Boliviyanın BRICS istəklərini dəstəkləyir
Dünya
10.07.2024 06:15
Braziliya Prezidenti Luis
İnasiu Lula da Silva Boliviya və digər region ölkələrinə BRICS üzvlüyünün
verilməsinin tərəfdarı olduğunu bildirib.
TodayPress xəbər verir ki, o
bu barədə La-Pasda Boliviyalı həmkarı Luis Arse ilə görüşdən sonra jurnalistlərə
deyib.
"Qrupun daha da genişlənməsi
məsələsi oktyabrda Kazanda keçiriləcək sammit zamanı müzakirə olunacaq.
Braziliya Boliviya və regionumuzun digər ölkələrinin üzvlüyünə çox müsbət
yanaşdı" deyə Prezident bildirib.
Xatırladaq ki, Boliviya 2023-cü ilin iyununda BRICS-ə qoşulmaq istəyini açıqlamışdı.
Nəzrin Cavadzadə
tag: Braziliya, Boliviya, BRICS, Luis Arse, todaypress.az,