Prezident Baş nazirin istefasını qəbul etmədi

Dünya

08.07.2024 15:20

Fransa Prezidenti Emmanuel Makron Baş nazir Qabriel Attalın istefasını qəbul etməyib.

TodayPress xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb.

E.Makron baş nazirdən ölkədə sabitliyi təmin etmək üçün müvəqqəti olaraq vəzifəsində qalmasını istəyib.

Qeyd edək ki, Fransanın Baş naziri Qabriel Attal iyulun 8-də istefa ərizəsini prezident Emmanuel Makrona təqdim edəcəyini bildirib. Attal növbədənkənar parlament seçkilərinin ilkin nəticələri açıqlandıqdan sonra bu qərara gəlib.

tag: Prezident, Fransa, Makron, Qabriel Attal, İstefa, todaypress.az,