Portuqaliyada helikopter qəzaya uğradı
Dünya
31.08.2024 05:13
Portuqaliyada yanğın helikopterinin qəzaya
uğraması nəticəsində azı iki nəfər ölüb.
TodayPress xəbər verir ki, bu barədə Portuqaliyanın
“Lusa” agentliyi məlumat yayıb.
Məlumata görə, helikopter ölkənin şimalında çaya düşüb.
Helikopterin içərisində ölkənin Milli Qvardiyasının iki hərbçisinin meyiti
tapılıb.
Agentlik daha sonra iki hərbçinin meyitinin tapıldığını
bildirib.Bir nəfər isə itkin düşmüş sayılır.
Qeyd edilir ki, helikopterin pilotu xəstəxanada sabit
vəziyyətdədir.
tag: Təyyarə,Qəza, Portuqaliya,Ölüm,todaypress.az,