Portuqaliya sahillərində zəlzələ baş verdi

Dünya

26.08.2024 10:24

Portuqaliya sahillərində 5,4 bal gücündə zəlzələ qeydə alınıb. 

TodayPress xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri 117 minə yaxın insanın yaşadığı Setubal şəhərindən 78 km cənub-qərbdə yerləşib. Zəlzələ 10 km dərinlikdə baş verib. 

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Seysmoloji Mərkəz sunami təhlükəsi elan etməyib.

Töhfə Səməd

tag: Portuqaliya, Zəlzələ, Sunami, Mərkəz, Tələfat, todaypress.az,