Porno model Britaniyanın baş naziri postuna namizədə hücum etdi
Dünya
07.06.2024 07:47
Böyük Britaniyada porno model baş nazir postuna namizəd Naycel Faraja seçicilərlə çıxışı zamanı hücum edib.
TodayPress xarici mediaya istinadla xəbər verir ki, Esseksin Klakton-on-Sea şəhərində seçicilər ilə görüşən Faraj çıxış etdiyi “Moon and Starfish” meyxanasından çıxarkən bir qadın ona yaxınlaşaraq üstünə bananlı süd kokteyli atıb.
Hücum edən şəxs Farajın təmsil etdiyi mühafizəkarlara qarşı çıxan 25 yaşlı porno model Viktoriya Tomas Bouen olub. Bouen “OnlyFans” platformasında erotik foto və videolarını sataraq dolanır.
Qadının hazırda saxlanıldığı bildirilib.
GÜNEL
tag: Britaniya, Baş nazir, Naycel Faraj, Porno model, todaypress.az,