Poltavada ölən və yaralananların sayını artdı

Dünya

04.09.2024 05:44

Rusiyanın Poltavaya endirdiyi zərbə nəticəsində ölən və yaralananların sayı artıb.  

TodayPress xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski  "Telegram" kanalında yazıb. 

Onun sözlərinə görə, son rəqəmlərə əsasən 51 nəfərin ölüb, 271 nəfər yaralanıb. 

Zelenski dağılmış binanın dağıntıları altında insanların olduğunu deyib.

Qeyd edək ki, Poltava vilayətində Rusiyanın hücumu nəticəsində həlak olanlar üçün üç günlük matəm elan edilib.

tag: Zelenski, Ukrayna,Müharibə,Rusiya,Ukrayna,todaypress.az,