Polşanın Ukraynaya yardım üçün xərclədiyi məbləğ açıqlandı
Dünya
25.08.2024 14:20
Polşa Ukraynaya yardıma təxminən 26 milyard dollardan çox vəsait xərcləyib.
TodayPress xəbər verir ki, bunu Polşa prezidenti Anjey Duda “ Zero” YouTube kanalında deyib.
“Biz Ukraynaya öz imkanlarımızla bağlı çoxlu avadanlıq verdik. Ümumilikdə, Ukraynaya yardım, hərbi və qeyri-hərbi, humanitar yardımlar ümumi ÜDM-in təxminən 3,3%-ni təşkil edir” deyə Duda bildirib.
Polşa liderinin sözlərinə görə, Varşava Ukraynaya tanklar, təyyarələr və zirehli maşınlar da daxil olmaqla çoxlu sayda texnika ötürüb.
Günəş Mərd
tag: Polşa,Ukrayna,yardım,Duda,todaypress.az,