Polşanın Sankt-Peterburqdakı Baş Konsulluğu bağlandı
Dünya
05.12.2024 17:53
Rusiya hakimiyyəti diplomatik kanallar vasitəsilə Polşaya ölkənin Sankt-Peterburqdakı Baş Konsulluğunun yanvarın 10-dan etibarən bağlanması barədə məlumat verib.
TodayPress xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.
Bildirilib ki, konsulluqda işləyən üç polşalı diplomat “persona non-qrata” elan edilib. Onlar Rusiyanı tərk etməlidir.
Rusiya Xarici İşlər Nazirliyi izah edib ki, Polşa Baş Konsulluğunun bağlanması Rusiyanın Poznandakı Baş Konsulluğunun oktyabrın 22-də bağlanmasına və bu diplomatik nümayəndəliyin 10 əməkdaşının ölkədən çıxarılmasına cavabdır. Bu gün səhər saatlarında Polşa Xarici İşlər Nazirliyinin rəhbəri Radoslav Sikorski bildirib ki, Polşa “müəyyən şərtlər daxilində” ölkədə qalan digər Rusiya baş konsulluqlarını bağlaya bilər.
Töhfə Səməd
tag: Konsulluq, Rusiya ,Polşa ,Ölkə ,todaypress.az,