Polşanın Sankt-Peterburqdakı Baş Konsulluğu bağlandı
Dünya
08.01.2025 17:10
Polşanın Sankt-Peterburqdakı Baş Konsulluğu fəaliyyətini dayandırıb.
TodayPress xəbər verir ki, bu barədə Polşanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Departamentin saytında yerləşdirilən məlumatda bildirilir ki, yanvarın 8-də Polşanın Rusiya Federasiyasındakı səfiri Kşiştof Krayevskinin iştirakı ilə konsulluğunun bağlanış mərasimi keçirilib.
Həmçinin nümayəndəlikdəki bayraq dirəklərindən Polşa və Avropa İttifaqının bayraqları, binanın fasadından Baş Konsulluq lövhəsi götürülüb.
Qeyd edək ki, 2024-cü il dekabrın 5-də Rusiya Xarici İşlər Nazirliyi Polşanın Sankt-Peterburqdakı Baş Konsulluğunun 2025-ci il yanvarın 10-dək fəaliyyətini dayandırması barədə nota ilə Varşavaya xəbərdarlıq edib. Bu, oktyabrın 22-də Respublika Xarici İşlər Nazirliyinin rəhbəri Radoslav Sikorski tərəfindən Polşanın Poznandakı Rusiya Baş Konsulluğunun bağlanmasına cavab idi.
Töhfə Səməd
tag: Konsulluq, Polşa ,Respublika,Avropa ,todaypress.az,