Polşanın Krımla bağlı təklifi etirazla qarşılandı

Dünya

20.09.2024 09:35

"Krım yarımadasına nəzarət Birləşmiş Millətlər Təşkilatının (BMT) mandatına verilməlidir ki, beynəlxalq missiya istənilən ölkəyə mənsubiyyət məsələsində onun statusunu müəyyən edəcək ədalətli referendum hazırlaya bilsin". 

TodayPress xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib. 

O, yarımadanın Rusiya üçün simvolik, Ukrayna üçün isə strateji əhəmiyyət daşıdığını qeyd edib.

Sikorskinin təklifinə cavab verən Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Andrey Klimov, belə bir ssenarini mümkünsüz adlandırıb.

"Bu, mümkün deyil, çünki Rusiyanın BMT Təhlükəsizlik Şurasında veto hüququ var və ən əsası Rusiya Konstitusiyasına görə, hər şey çoxdan müəyyən edilib və qanun bizim üçün ali gücə malikdir" deyə Klimov əlavə edib.

Öz növbəsində Kiyev də Sikorskinin ideyasına qarşı çıxıb. Ukrayna Xarici İşlər Nazirliyi Varşavanın təklifini qəti şəkildə rədd edərək, qeyd edib ki, Ukraynanın ərazi bütövlüyü heç vaxt müzakirə və ya kompromis mövzusu olmayıb və ola bilməz. 

Günəş Mərd

tag: Krım ,BMT,Polşa,Radoslav Sikorski,XİN,Ukrayna, Rusiya, todaypress.az,