Polşanın keçmiş müdafiə naziri ittiham olunur
Polşanın keçmiş müdafiə naziri Mariuş Blaşçak ölkənin müdafiə planının müəyyən fraqmentlərinin ictimai istifadəsi ilə bağlı “dövlətə müstəsna olaraq ciddi ziyan vurmaqda” ittiham olunur.
TodayPress xəbər verir ki, bu barədə Varşava Rayon Prokurorluğu məlumat yayıb.
“Prokuror Mariuş Blaşçaka qarşı 28 iyul 2023-cü ildən 17 sentyabr 2023-cü ilə qədər Milli Müdafiə Naziri vəzifəsində işləyərkən strateji səviyyəli əməliyyat planlaşdırması ilə bağlı sənədlərdən "Tamamilə məxfi" və "Gizli" ifadələrini çıxararaq səlahiyyətlərini aşmaqda ittiham edilir” departamentin saytında yazılıb.
Prokurorluğun məlumatına görə, siyasətçinin hərəkətləri Polşa Respublikasına müstəsna ciddi ziyan vurub, onun müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq mövqeyini və Şimali Atlantika Alyansının birliyini təhdid edib.
İstintaqın məlumatına görə, Blaşçakın məlumatı ilə 2023-cü ilin payızında keçiriləcək parlament seçkiləri öncəsi Qanun və Ədalət partiyasının seçki kampaniyası zamanı 2011-ci il tarixli “Polşa Respublikası Varta-00101 Silahlı Qüvvələrinin istifadəsi planı” sənədinin bəzi fraqmentlərindən istifadə edilib. O vaxt hakim mühafizəkarlar baş nazir olduğu müddətdə Varta planı işlənib hazırlanmış Donald Taskı “Vistula çayının şərqindəki əraziləri Rusiyaya təslim etmək” niyyətində ittiham edirdilər. 2024-cü ilin iyulunda iş üzrə daxili araşdırma aparan Polşa Hərbi Əks-Kəşfiyyat Xidməti müdafiə idarəsinin keçmiş rəisinin cinayət törətməsində şübhəli olması barədə prokurorluğa bildiriş göndərib. Martın 6-da Seym (Polşa parlamentinin aşağı palatası) Blaşçakın bu iş üzrə deputat toxunulmazlığından məhrum edilməsinə səs verib.
Töhfə Səməd
tag: Polşa,Müdafiə naziri ,Mariuş Blaşçak,Məhkəmə,todaypress.az,