Polşalı general NATO qərargahından qovuldu

Dünya

03.08.2024 16:57

Polşalı general Artur Yakubçik NATO-nun qərargahından qovulub. 

TodayPress xəbər verir ki, bu barədə Polşanın “Rzeczpospolita” nəşri məlumat yayıb.  

Buna səbəb kəşfiyyat siyasəti departamentinin rəhbəri vəzifəsinə keçirilən müsabiqədə qeydə alınan qayda pozuntusudur. 

Belə ki, Yakubçik müsabiqədə iştirak edənlər arasından Polşadan olan namizədlərdən birinə üstünlük verib. Onun davranışı homofob və irqçi adlandırılıb.

Qeyd olunub ki, Polşalı generalın NATO-nun qərargahındakı səlahiyyət müddəti Alyansdakı müttəfiqlərin tələbi ilə qısaldılacaq. Polşa Müdafiə Nazirliyi vəziyyətlə bağlı şərh verməyəcəyini bildirib. 

Hadisənin Polşanın NATO-dakı reputasiyasına  mənfi təsir göstərəcəyi ehtimal olunur.

Günəş Mərd

tag: Polşa, Yakubçik, NATO, Departament,General, todaypress.az,